بسیار زیباست. بابا میرزایف خونده. لینک دانلودشم میذارم . برای اینکه کیفیتش خوب باشه خودم آپلود کردم.

 

Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

 


Məni atdın Ay qız ay qız atəşə
Məni atdın Ay qız ay qız atəşə
Bəsləməkdir eşqini dayim peşəm
Atacağdın məni sevdin söylə bəs neyçin
Doldur eşqi şərbət kimin ver içim
Söylə söylə sənə belə n`oldu yar

Atacağdın məni sevdin söylə bəs neyçin
Doldur eşqi şərbət kimin ver içim
Söylə söylə sənə belə n`oldu yar
Çağırıram gəl haralarda galmısan? məni incitmə
Yalvarıram yar məni atma tərk etmə

Çağırıram gəl haralarda galmısan? məni tərk etmə
Yalvarıram yar məni atma tərk etmə
Atacağdın məni sevdin söylə bəs neyçin
Doldur eşqi şərbət kimin ver içim
Söylə söylə sənə belə n`oldu yar

***
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.

Sən dəniz qoynuna atılmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

Yollar tək döşənim ayaqlarına,
Sənə yalvarımmı, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.

Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

Getmək istəyirsən nə danış nə din
Yox ol uzaqlartək dumanda çəndə
Nəyimi sevmişdin diyə bilmədin
İndisə yüz eyib görürsən məndə


***
Gözüm yolda galdım ay gözəl
Payız oldu yarpaqlar oldu xəzəl
Yollarına baxa baxa galdı gözlərim
Sənə çatsın ürəyimdəki sözlərim
Söylə söylə sənə belə n`oldu yar

Çağırıram gəl haralarda galmısan? məni tərk etmə
Yalvarıram yar məni atma tərk etmə
Yollarına baxa baxa galdı gözlərim
Sənə çatsın ürəyimdəki sözlərim
Söylə söylə sənə belə n`oldu yar

 

http://bayanbox.ir/id/2232285376531115048